Bakı. Trend:
2024-cü ilin yanvar-oktyabr ayında Türkiyədə Misir kapitalı ilə82 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü iləmüqayisədə 58 şirkət azdır.
Trendxəbər verir ki, bu barədə AzerVoice-ə Türkiyə Ticarət və SənayePalatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Misirşirkətlərinin məcmu kapitalı 130 milyon 215 min türk lirəsi olduğuhalda, 2023-cü ilin eyni dövründə bu rəqəm 106 milyon 45 min türklirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-oktyabr ayındaMisir şirkətlərinin əksəriyyəti İstanbulda (78) qeydiyyataalınıb.
“İstanbulda qeydiyyatdan keçən Misir şirkətlərinin ümumikapitalı 119 milyon 15 min türk lirəsi təşkil edib”, – deyəTOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2024-cü ilin yanvar-oktyabr ayında TürkiyədəMisir kapitalı ilə 48 ticarət şirkəti qeydiyyata alınıb. Qalanşirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.