AZ

Lavrov Ukraynadakı müharibəyə son qoymağın şərtlərini AÇIQLADI

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynadakı müharibəyə son qoymağın şərtlərini açıqlayıb.

 

Sfera.az bildirir ki, o, bu barədə “Rossiyskaya qazeta”ya danışıb. Lavrov Rusiya Federasiyasının bütün mübahisəli məsələlərin sülh yolu ilə həllinə hazır olduğunu vurğulayıb.

 

“Münaqişənin həlli demilitarizasiya, denazifikasiya, Ukraynanın NATO-ya qoşulmaqdan imtinası, habelə Rusiyanın azad etdiyi bütün ərazilərin tanınması ilə müşayiət olunmalıdır”, - Lavrov qeyd edib.

 

O, xüsusilə vurğulayıb ki, istənilən müqavilənin şərti Rusiya Federasiyasının Konstitusiyasında təsbit olunmuş bütün ərazilərin tanınmasıdır.“Lakin Ukrayna böhranı daha bir eskalasiya mərhələsinə qədəm qoyub. Döyüş meydanındakı vəziyyətə əsasən, yaxın gələcəkdə münaqişənin siyasi və diplomatik yolla həlli gözlənilmir. Ukrayna və Qərbin eskalator addımı Rusiyaya dərin zərbələr endirməkdir. Biz hadisələrin istənilən inkişafına hazır olmağımıza baxmayaraq, yenə də mübahisəli məsələlərin sülh yolu ilə həll edilməsinə üstünlük veririk”, - nazir bildirib. 

 

Günay 
 

Seçilən
10
39
sfera.az

10Mənbələr