Bakı. Trend:
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə məxsus binadaəsaslı təmir işləri aparılacaq.
Trend-indövlət satınalmalarının vahid internet portalına istinadənməlumatına görə, bununla bağlı qurum hazırlıqlara başlayıb.
Belə ki, təmir işləri Bakı şəhəri Həsən Bəy Zərdab küçəsi, 593ünvanında yerləşən Dövlət Arxivlərinin binasında həyatakeçiriləcək.
Artıq qurum sözügedən işlərin icrası ilə bağlı “Vest LTD” QapalıSəhmdar Cəmiyyəti ilə müqavilə imzalayıb. Şirkət 671.902,74 AZN(671 min 902 manat 74 qəpik) qarşılığında təmir işlərini icraedəcək.
Qeyd edək ki, “Vest LTD” şirkəti Məhdud Məsuliyyətli Cəmiyyəti(MMC) kimi dövlət qeydiyyatına alınıb. 2018-ci ildə isə MMC-nintəşkilati-hüquqi forması dəyişdirilərək, “Vest LTD” Qapalı SəhmdarCəmiyyəti (QSC) olub. Nizamnamə kapitalı 2 050 manat olan QSC-ninqanuni təmsilçisi Verdəliyev Şahin Əlimərdan oğludur.