Bakı. Trend:
Ağcabədi rayonunda subartezian quyuları əsaslı təmirolunacaq.
Bu barədə Trend dövlət satınalmalarının vahid internetportalından məlumat əldə edib.
Belə ki, rayonda 32 ədəd subartezian quyusunun əsaslı təmiriişləri aparılacaq.
Məlumata görə, artıq bununla bağlı Ağcabədi Suvarma Sistemləriİdarəsi hazırlıqlara başlayıb.
İdarə 20 subartezian quyusunun əsaslı təmir işlərini AzərtransMMC-yə, digər 12-ni isə İqbal-R MMC-yə həvalə edib və müqavilələrbağlayıb. Müqaviləyə əsasən, sözügedən işlərin icrası işlərimüqabilində adı birinci qeyd olunan şirkətə 700 min manat,ikincisinə isə 420 min manat ödəniləcək.
Beləliklə, 32 ədəd subartezian quyusunun əsaslı təmiri AğcabədiSuvarma Sistemləri İdarəsinə 1 milyon 120 min manata başagələcək.