AZ

"Beşiktaş" Rusiya millisinin üzvünü transfer etməyi planlaşdırır

"Spartak" və Rusiya millisinin yarımmüdafiəçisi Ruslan Litvinov karyerasını Türkiyədə davam etdirə bilər.

Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ilə "Beşiktaş" maraqlanır. 

Litvinovun gələcəyi ilə bağlı qərarı “qırmızı-ağlar”ın yeni idman direktoru verəcək.

Türkiyə klubu qış “transfer pəncərəsi” zamanı rusiyalını transfer etməkdə israrlıdır.

“Spartak”ın yetirməsi 2026-cı il iyunun 30-na qədər qüvvədədir. Litvinov 2022-ci ildən Rusiya millisinin də üzvüdür.

 

saytlarin hazirlanmasi

Seçilən
27
1
sportal.az

2Mənbələr