AZ

“Beşiktaş” Rusiya millisinin üzvünü transfer etmək İSTƏYİR

"Spartak" və Rusiya millisinin yarımmüdafiəçisi Ruslan Litvinov karyerasını Türkiyədə davam etdirə bilər.

Bizim.Media "Fanatik"ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ilə "Beşiktaş" maraqlanır.

Litvinovun gələcəyi ilə bağlı qərarı “qırmızı-ağlar”ın yeni idman direktoru verəcək. Türkiyə klubu qış “transfer pəncərəsi” zamanı rusiyalını transfer etməkdə israrlıdır.

Qeyd edək ki, “Spartak”ın yetirməsi 2026-cı il iyunun 30-na qədər qüvvədədir. Litvinov 2022-ci ildən Rusiya millisinin də üzvüdür.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
8
1
bizim.media

2Mənbələr