AZ

1:2 və 0:1, ən yaxşı halda 1:1 kimi hesablar proqnozlaşdırılsa da…

“Qarabağ”ın da çıxış etdiyi UEFA Avropa Liqasında 5-ci turun oyunları keçiriləcək.

İdman.biz xəbər verir ki, bu gün yarış çərçivəsində 18 qarşılaşma olacaq.

Şübhəsiz, azərbaycanlı futbolsevərlərin əsas diqqəti Bakıda “Lion”u qəbul edəcək “Qarabağ”ın oyununa yönələcək. Bəzi əcnəbi saytlardan ”90min” Azərbaycan çempionunun 1:2, “Sportsmole” isə 0:1 hesabı ilə məğlub olacağını, “Sportskeeda” isə oyunun heç-heçə (1:1) bitəcəyini proqnozlaşdırsa da, qonaqların ölkələrinə xalsız gedəcəklərinə ümid edirik.

Hazırda “Qarabağ” Avropa Liqasında 3 xalla 29-cu, “Lion” isə 7 xalla 9-cu yerdədir.

Təmsilçimizin gələcək rəqiblərindən FCSB və Konfrans Liqasının son qalibi “Olimpiakos” kimin güclü olduğunu Rumıniyada müəyyənləşdirəcəklər. Komandaların turnir cədvəlindəki mövqeləri çox yaxındır: meydan sahibləri 9 xalla 8-ci, qonaqlar isə 7 xalla 11-cidirlər.

“Qarabağ”ın “Lion”dan sonrakı rəqibi – 4 xalla 24-cü yerdəki “Elfsborq” isə İspaniyada liderlər qrupunda yer alan “Atletik”in qonağı olacaq. İsveç təmsilçisinin 10 xalla 6-cı yerdəki komanda ilə oyunda məğlubiyyətdən qaçması çətin görünür.

Digər oyunlardan “böyük beşlik” ölkələri təmsilçilərindən “Tottenhem” və “Roma”nın qarşılaşması maraqla gözlənilir. Ötən həftəsonu “Mançester Siti” səfərindən gözlənilməz 4:0 hesablı qələbə ilə dönən London klubu köhnə-yeni baş məşqçisi Klaudio Ranyeri ilə böhrandan çıxmağa çalışan romalıları sınağa çəkəcək.

Liqa mərhələsinin lideri “Latsio” bizə yaxşı tanış “Ludoqorets”i qəbul edəcək. Yarışın ilk yarısında xal itirməyən yeganə klub olan İtaliya təmsilçisi, bütün turnirlər nəzərə alınmaqla, son 12 oyundan 11-də qalib gəlib və bu gün də həmin seriyanı uğurla davam etdirə bilər. Rəqibi isə bu yarışda hələ qələbə sevinci yaşamayıb.

12 xallı “Latsio”dan sonra hərəyə 10 xal toplamış beş komanda gəlir ki, onlardan biri də “Qalatasaray”dır. “Sarı-qırmızılar” özlərindən dörd xal az toplayan “AZ Alkmaar”ın qonağı olacaqlar. Niderland klubunun ötən tur öz meydanında “Fənərbağça”ya 3:1 hesabı ilə qalib gəldiyini də xatırladaq.

5 xala malik “sarı-lacivərdlilər”, öz növbəsində, Praqada yerli “Slavia” ilə qarşılaşacaqlar.
Türkiyənin digər təmsilçisi, 6 xallı “Beşiktaş” isə autsayderlərdən biri olan xalsız “Makkabi Tel Əviv” ilə neytral meydanda – Macarıstanda üz-üzə gələcək.

Bundan başqa, Ruben Amorim “Mançester Yunayted”in baş məşqçisi kimi avrokuboklarda və “Old Trafford”da ilk oyununu keçirəcək. Rəqib isə ötən tur “Qarabağ”ın səfərdə qalib gəldiyi (2:1) “Bodo-Qlimt” olacaq. Öz ölkəsində lider olan bu klubu daha sonra milli çempionatda autsayder “Lilleström”lə son oyun gözləyir ki, həmin qarşılaşmada qalib gəlməklə son dörd ildə 3-cü dəfə Norveç çempionluğunu qazana bilər.

UEFA Avropa Liqası
Liqa mərhələsi, 5-ci tur
28 noyabr

21:45 Atletik - Elfsborq
21:45 AZ Alkmaar - Qalatasaray
21:45 Beşiktaş - Makkabi Tel Əviv
21:45 Dinamo Kiyev - Viktoria Plzen
21:45 Latsio - Ludoqorets
21:45 Qarabağ - Lion
21:45 RFS - PAOK
21:45 Anderlext - Portu
00:00 Midtyülland - Ayntraxt Frankfurt
00:00 FCSB - Olimpiakos
00:00 Tvente - Union SG
00:00 Ferentsvaroş - Malmö
00:00 Mançester Yunayted – Bodo-Qlimt
00:00 Nitsa - Reyncers
00:00 Real Sosyedad - Ayaks
00:00 Slavia Praqa – Fənərbağça
00:00 Braqa - Hoffenhaym
00:00 Tottenhem – Roma

İdman.biz

Seçilən
44
50
idman.biz

10Mənbələr