Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 93 milyon 561 minABŞ dolları dəyərində 1 milyard 733 milyon 331 min kVt/saathəcmində elektrik enerjisi ixrac edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbərverir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyərbaxımından 254 milyon 560 min ABŞ dolları (73,12%), həcm baxımındanisə 1 milyard 676 milyon 123 min kVt/saat (49,16%) azdır.
Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 348milyon 121 min ABŞ dolları dəyərində 3 milyard 409 milyon 454 minkVt/saat həcmində elektrik enerjisi ixrac edib.