AZ

Azərbaycanın elektrik enerjisi ixracı azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 93 milyon 561 min ABŞ dolları dəyərində 1 milyard 733 milyon 331 min kVt/saat həcmində elektrik enerjisi ixrac edib.

Bu barədə Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 254 milyon 560 min ABŞ dolları (73,12%), həcm baxımından isə 1 milyard 676 milyon 123 min kVt/saat (49,16%) azdır.

Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 348 milyon 121 min ABŞ dolları dəyərində 3 milyard 409 milyon 454 min kVt/saat həcmində elektrik enerjisi ixrac edib.

Fuad Mədətov
Fins.az

Seçilən
0
3
fins.az

4Mənbələr