AZ

Azad edilmiş ərazilərdə yüksək maaş verildiyi rayonlar

2024-cü ilin oktyabr ayının 1-nə işğaldan azad edilmiş ərazilərdə muzdla çalışan işçilərin sayı açıqlanıb.

Viral.az  xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, işğaldan azad edilmiş ərazilərdə muzdla çalışan işçilərin sayı 49 min 951 nəfər təşkil edib.

Cari ilin 1 oktyabr tarixinə bu ərazilərdə ən çox muzdla çalışan işçilərin sayı Ağdamda (12 766 nəfər) və Füzulidə (9406 nəfər) olub.

Son Yazılar:

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə ən yüksək əməkhaqqı Xankəndi və Ağdərədə qeydə alınıb. Belə ki, hesabat dövründə Xankəndidə orta aylıq nominal əməkhaqqı 1771.4 manat, Ağdərədə isə 926.2 manat təşkil edib.

Aşağıdakı cədvəldə azad edilmiş ərazilərdə cari ilin 1 oktyabr tarixinə muzdlu işçilərin sayı və orta aylıq əməkhaqqı məbləği verilib:

















   
Azad edilmiş ərazilərMuzdla çalışan işçilərin sayı, min nəfərOrta aylıq əmək haqqı manatla
Ağdam rayonu12766640,6
Füzuli rayonu9406605,3
Laçın rayonu7829650,2
Kəlbəcər rayonu6514628,1
Cəbrayıl rayonu3238717,1
Şuşa rayonu2624891
Qubadlı rayonu2523809,5
Zəngilan rayonu2105883,5
Xocavənd rayonu1388692
Xocalı rayonu1192760,5
Xankəndi şəhəri2341771,4
Ağdərə rayonu132926,2

Xatırladaq ki, 2024-cü il oktyabrın 1-i vəziyyətinə ümumilikdə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 768,3 min nəfər, orta aylıq nominal əməkhaqqı isə 993 manat təşkil edib.

Seçilən
1
18
viral.az

10Mənbələr