AZ

Azad edilmiş ərazilərdə əməkhaqqı və işçi sayı açıqlanıb - CƏDVƏL

2024-cü ilin oktyabr ayının 1-nə işğaldan azad edilmiş ərazilərdə muzdla çalışan işçilərin sayı açıqlanıb.

Fins.az-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, işğaldan azad edilmiş ərazilərdə muzdla çalışan işçilərin sayı 49 951 nəfər təşkil edib.

Ən çox muzdla çalışan işçilərin sayı Ağdam (12 766 nəfər) və Füzuli (9 406 nəfər) rayonlarında qeydə alınıb.

İşğaldan azad edilmiş ərazilərdə ən yüksək əməkhaqqı Xankəndi və Ağdərə rayonlarında qeydə alınıb. Hesabat dövründə Xankəndi şəhərində orta aylıq nominal əməkhaqqı 1771,4 manat, Ağdərə rayonunda isə 926,2 manat olub.

Aşağıdakı cədvəldə işğaldan azad edilmiş ərazilərdə muzdlu işçilərin sayı və orta aylıq əməkhaqqı məbləği təqdim olunur:

Azad edilmiş ərazilər Muzdla çalışan işçilərin sayı (min nəfər) Orta aylıq əmək haqqı (manatla)
Ağdam rayonu 12 766 640,6
Füzuli rayonu 9 406 605,3
Laçın rayonu 7 829 650,2
Kəlbəcər rayonu 6 514 628,1
Cəbrayıl rayonu 3 238 717,1
Şuşa rayonu 2 624 891
Qubadlı rayonu 2 523 809,5
Zəngilan rayonu 2 105 883,5
Xocavənd rayonu 1 388 692
Xocalı rayonu 1 192 760,5
Xankəndi şəhəri 234 1771,4
Ağdərə rayonu 132 926,2

2024-cü ilin oktyabrın 1-nə vəziyyətə ümumilikdə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 768,3 min nəfər, orta aylıq nominal əməkhaqqı isə 993 manat təşkil edib.

Fuad Mədətov
Fins.az

Seçilən
2
18
fins.az

10Mənbələr