AZ

Valyuta və klirinq şöbəsinin mütəxəssisi -VAKANSİYA

"Kapital Bank" ASC, Biznesə dəstək departamentinin Valyuta və klirinq şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Bankın və müştərilərin xarici valyuta əməliyyatlarını müvafiq ödəniş sistemlərində avtorizasiya, modifikasiya və ya verifikasiya etmək;
  • Xarici valyuta ödənişlərinin müvafiq qanunvericiliyə, Mərkəzi Bankın normativ hüquq sənədlərinə və Bankın digər qaydalarına uyğun aparılmasına nəzarət etmək; 
  • BƏS-də lazımi müxabirləşmələrin yığımı və avtorizasiya edilməsi; 
  • Xarici valyutada idxal və ixrac əməliyyatları üzrə daxil olmuş yük gömrük bəyannamələrinin vaxtında bağlanmasını təmin etmək;
  • Xarici valyutada idxal və ixrac əməliyyatlarının müvafiq qanunvericiliyə uyğun vaxtı tamam olduqda yük gömrük bəyannaməsi təqdim olunmamış müştərilərin siyahısının Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim etmək; 
  • Ümumi şöbə üzrə nəzərdə tutulan iş yükünün tam olaraq təmin edilməsində iştirak və s.

Tələblər:

  • Bank sahəsi üzrə ən az 2 il iş təcrübəsi; 
  • Rus və İngilis dillərini orta səviyyədə bilməsi;
  • Analitik düşünmə qabiliyyəti, Ünsiyyət,komandada işləmək və problemləri həll etmə bacarığı;
  • Məsuliyyət, etibarlılıq, dəqiqlik kimi keyfiyyətlərə sahib olması.

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az

Seçilən
16
50
fins.az

10Mənbələr