"ExpressBank" ASC, Təhlükəsizlik departamentinin İqtisadi təhlükəsizlik şöbəsinə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- Bankdaxili vakansiyalara namizədlərin işə qəbulu zamanı onların yoxlanılmasını həyata keçirir;
- Dələduzluq faktları, eləcə də, iqtisadi təhlükəsizlik baxımından təhlükəli hadisələrin aşkarlanması zamanı daxili araşdırmanın aparılmasını təmin edir.
- Kreditlərin verilməsində və kassa əməliyyatları prosesində dələduzluq hallarının aşkar edilməsi üçün profilaktik yoxlamalar həyata keçirir;
- Bankın təchizat xərclərinin nəzarətini həyata keçirir və həmin xərclərin azalması istiqamətində işlər görür, dələduzluq hallarını aşkar edilməsi üçün profilaktik yoxlamalar keçirir.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan dili sərbəst, Rus və İngilis dili arzuolunandır;
- Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilməli;
- SQL biliklərinin olması arzuolunandır;
- Analitik təhlil və bazar araşdırması sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir;
- Komandada işləmə bacarığı.
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az