Bakı. Trend:
Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (XKX) mətbuatbürosunun məlumatına əsasən, NATO, Ukraynada döyüş meydanındaRusiyaya strateji məğlubiyyət yaşatmaq perspektivininqeyri-mümkünlüyünü nəzərə alaraq, münaqişəni "dondurmağa" daha çoxmeyil edir.
"Qərb belə bir ssenarini Ukrayna Silahlı Qüvvələrinin döyüşqabiliyyətini bərpa etmək və Kiyevi növbəti hücuma hərtərəflihazırlamaq üçün fürsət kimi görür. NATO artıq Ukraynada hərbi təlimmərkəzləri yaradır və bu mərkəzlər vasitəsilə ən azı bir milyonsəfərbər edilmiş ukraynalının təlimi planlaşdırılır. Eyni zamanda,atəşkəs dövründə alyansın əsas prioritetlərindən biri də Ukraynanınhərbi-sənaye kompleksinin yenidən qurulması olacaq. Bu prosesdəAlmaniyanın Rheinmetall şirkəti də daxil olmaqla, Qərb hərbi-sənayemüəssisələri ilə aktiv əməkdaşlıq aparılır. Şirkətlərdən yalnızmaliyyə yatırmaq deyil, həm də Ukraynaya qabaqcıl mütəxəssislər vəyüksək texnologiyalı avadanlıqlar göndərmək tələb olunur. NATOqərargahı başa düşür ki, Ukrayna Silahlı Qüvvələrini kifayət qədərsilah və sursatla təmin etmədən uzun müddət yüksək intensivliklihərbi əməliyyatların aparılması qeyri-realdır,” – deyə XKX-inbəyanatında bildirilir.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin fikrincə, bu məqsədlərəçatmaq üçün Qərb Ukraynanı faktiki olaraq "işğal etməyə"hazırlaşır.
"Təbii ki, bu işğal prosesi ölkəyə 'sülhməramlı kontingentin'yerləşdirilməsi adı altında həyata keçiriləcək. İşğalçılar arasındabölüşdürüləcək ərazilər artıq müəyyən edilib:
- Qara dəniz sahili Rumıniyanın nəzarətinə veriləcək;
- Ukraynanın qərb bölgələri Polşanın;
- Ölkənin mərkəzi və şərqi Almaniyanın;
- Şimal bölgələri, o cümlədən Kiyev ətrafı Böyük Britaniyanınnəzarətində olacaq.
Ümumilikdə, Ukraynada 100 min nəfərlik qondarma sülhməramlıkontingentin yerləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda, daxilolan məlumatlara görə, Almaniyanın Bundesver ordusu, İkinci DünyaMüharibəsi dövründə faşist qüvvələrinin Ukraynada tətbiq etdiyiişğal idarəetmə təcrübəsindən istifadə etmək planları üzərindədüşünür. Bununla belə, ukraynalı millətçilərin xüsusi cəzadəstələri olmadan yerli polis funksiyalarını icra etməyin mümkünolmayacağını qeyd ediblər. Bu dəstələrə fərqli ad veriləcək, lakinmahiyyət etibarı ilə Bandera qüvvələrinin yenidən ortayaçıxmasından ibarət olacaq," – deyə bəyanatda qeyd olunur.
Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqorKorotçenko Trend-əaçıqlamasında bildirib ki, Rusiya Xarici Kəşfiyyat Xidməti Qərbinbəzi qlobalist elitalarının Ukrayna ilə bağlı gözləntiləri vəplanları barədə xəbərdarlıq edib.
"Hal-hazırda Qərbdə Ukrayna ətrafındakı böhranın həlli ilə bağlımüxtəlif ssenarilər və ehtimallar geniş müzakirə olunur. Buprosesdə biz Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX)açıqlamalarına əsaslanırıq, çünki onlar etibarlı məlumatmənbələrinə malikdir. Bu məlumatlar bizə Qərbin Ukraynanıngələcəyini necə təsəvvür etdiyini göstərir: münaqişənin təmas xəttiboyunca dondurulması və ardınca Ukraynanın bəzi bölgələrinin NATOölkələrinin nəzarəti altına keçməsi. Bu prosesin iki əsas məqsədivar – həmin ərazilərdə nəzarəti təmin etmək və eyni zamandaUkraynanın hərbi potensialını Rusiyaya qarşı gələcək əməliyyatlarüçün gücləndirmək," – deyə Xəzər Strateji Araşdırmalar İnstitutununbaş direktoru İqor Korotçenko bildirib.
Korotçenko əlavə edib ki, hazırda ABŞ-ın yeni administrasiyası,xüsusilə də Donald Trampın hakimiyyətə gəlməsi ilə Ukraynaböhranının həlli ilə bağlı bir sıra gözləntilər var.
"Tramp administrasiyası artıq Ukrayna məsələsi üzrə xüsusinümayəndə təyin edib – istefada olan yüksək rütbəli general. Bunabaxmayaraq, mən inanıram ki, nə Trampın özü, nə də onun komandasıböhranı hansı yolla həll edəcəyi barədə dəqiq plana malik deyil. Buarada, Rusiya Xarici Kəşfiyyat Xidməti NATO üzvü olan ölkələrinhərbi-siyasi dairələrində məlumat əldə etməklə bəzi Qərbelitalarının planlarını və gözləntilərini dəyərləndirib. Əminliklədeyə bilərəm ki, Rusiya, prezident Vladimir Putinin əvvəlcədənirəli sürdüyü şərtləri qəbul etməyən heç bir təklifə razıolmayacaq.
Putinin şərtlərinə əsasən, Ukrayna ordusu Rusiyanın yeni dördsubyektinin – Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərininərazilərindən tamamilə geri çəkilməlidir. Bundan sonra Ukraynanındenasifikasiyası və demilitarizasiyası məsələsi gündəmə gələcək.Hazırda biz Ukrayna böhranı ətrafında gərginliyin artdığınımüşahidə edirik və bu proses eskalasiya nərdivanında yüksəlməkdədavam edir. Trampın inauqurasiyasına hələ iki ay qalsa da, bumüddət ərzində vəziyyətin daha da dəyişməsi mümkündür. Lakin hərbir halda Rusiya, mənim fikrimcə, Putinin irəli sürdüyü vədəyişməyəcək mövqeyinə sadiq qalacaq. Danışıqlar üçün əsas şərtlərbunlardır," – deyə Korotçenko vurğulayıb.
Ukraynanın keçmiş Baş naziri və keçmiş Xarici İşlər naziriKonstantin Qrişenko isə Trend-ə bildirib ki, Donald Trampın seçilməsindənsonra Ukraynada müharibənin dayandırılması ilə bağlı müxtəlifsəviyyələrdə – dövlətlərarası görüşlərdə, ekspert müzakirələrindəvə nüfuzlu media platformalarında yeni ideyalar və təkliflər dahafəal şəkildə müzakirə olunur.
“Bu kontekstdə davamlı atəşkəs mövzusunu son məqsədə - gələcəkdətəcavüzün təkrarlanmasına qarşı etibarlı təminatlarla beynəlxalqhüququn fundamental prinsiplərinə əsaslanan davamlı sülhə nailolmaq üçün zəruri ilk mərhələ kimi nəzərdən keçirməkməntiqlidir.
Bununla yanaşı, Rusiya Federasiyası belə bir həll yolunu qəbuletməyə hazır deyil. Kreml, Ukraynaya və onu dəstəkləyən ölkələrətam təslim olmaq və nəticədə Ukrayna dövlətçiliyinin faktiki olaraqməhv edilməsi ilə bağlı ultimatumunu zorla qəbul etdirməkniyyətindədir. Bu istiqamətdə verilən rəsmi bəyanatlar və Rusiyanındigər dövlət qurumlarının mövqeləri məhz bu məqsədə xidmət edir.Onların əsas məqsədi bu problemin həllini başqa müstəviyəçıxarmaqdır, başqa bir mənası yoxdur,” – o bildirib.
Öz növbəsində, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu BrayzaTrend-ə bildirib ki,o, Ukraynanın ərazisinin “işğal zonalarına” bölünməsi ilə bağlı hərhansı bir plan eşitməyib. "Bu cür məlumatlar mənə məlum deyil," –deyə o qeyd edib.
“Mən bu məsələləri çox yaxından izləyirəm və indiyə qədər beləbir plan eşitməmişəm. Bu, sadəcə olaraq Rusiyanın təbliğatıdır.Polşa müəyyən gözləntilər içində idi ki, bəlkə özü və digər maraqlıNATO üzvü dövlətlər Ukraynaya qoşun göndərə bilər. Lakin bu, NATOəməliyyatının tərkib hissəsi kimi deyil, fərdi dövlətlərintəşəbbüsü olaraq planlaşdırılırdı. Ancaq bu təşəbbüs nə Qərbinsülhməramlı qüvvələrinə, nə də “işğal” anlayışına aid deyildi,” –deyə ABŞ-ın keçmiş səfiri Metyu Brayza bildirib.
Bundan əlavə, amerikalı ekspert, Avrasiyada beynəlxalqmünasibətlər və geosiyasət üzrə tədqiqatçı Piter Teys Trend-ə açıqlamasındabildirib ki, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (SVR)Ukrayna ilə bağlı hazırkı qiymətləndirməsi reallığa uyğundur.
“Bu plana əsasən, Ukrayna ərazisinə 100 mindən çox sülhməramlıqüvvə yerləşdiriləcək. Onların əsas məqsədi isə Avropada silahlımünaqişənin daha da genişlənməsinin qarşısını almaq deyil, əksinə,bu münaqişəni yeni səviyyəyə qaldırmaq olacaq,” – deyə Teis qeydedib.
Onun sözlərinə görə, Polşa qoşunlarının sülhməramlı qüvvələr adıaltında Ukrayna ərazisində əməliyyatlara qatılması ciddi stratejisəhv olmaqla yanaşı, regional təhlükəsizlik üçün də böyük təhdidyaradacaq.
“Xarici qoşunların Ukraynada yerləşdirilməsi Rusiyaya Almaniya,Rumıniya, Böyük Britaniya və Polşada kəşfiyyat əməliyyatları həyatakeçirmək, həmçinin bu ölkələrin daxili siyasi alyanslarına təsirgöstərmək üçün hüquqi əsas verəcək,” – deyə Piter Teisvurğulayıb.
Teysin fikrincə, NATO Ukrayna ərazisində sülhməramlıəməliyyatları dəstəkləməyə davam edərsə, bu, alyansın zəifləməsinəvə onun Avropa təhlükəsizliyinə təsirinin azalmasına səbəb olabilər.
“Hazırda NATO-ya üzv olan 31 ölkədən yalnız 21-i müdafiəxərcləri üçün ÜDM-in 2%-i hədəfinə nail olub. Bu isə böhranvəziyyətində alyansın effektivliyi və uzunmüddətli dayanıqlılığıilə bağlı ciddi suallar doğurur,” – deyə Teis əlavə edib.