AZ

Şolts Zelenski ilə telefonla danışdı

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna lideri öz teleqram kanalında məlumat verib.

Ukrayna Prezidenti Almaniyanın Ukraynaya hava hücumundan müdafiə sistemləri ilə köməklik göstərməsində liderliyinə görə Şoltsa təşəkkür edib.

“Rusiyaya təzyiqin artması və Ukraynanın mövqelərinin güclənməsi vacibdir, çünki bu, Rusiyanı real sülhə sövq edəcək”, - deyə Zelenski yazıb.

Onun sözlərinə görə, Almaniya kansleri ona Rusiya Prezidenti Vladimir Putinə etdiyi zəngin təfərrüatlarını danışıb.

Qeyd edək ki, Rusiya lideri Almaniya kansleri ilə noyabrın 15-də telefonla danışıb.

Seçilən
16
1
qafqazinfo.az

7Mənbələr