Ukrayna Prezidenti Volodimir Zelenski ilə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub.Bu barədə Zelenski öz teleqram kanalında məlumat verib.
Ukrayna Prezidenti Almaniyanın Ukraynaya hava hücumundan müdafiə sistemləri ilə köməklik göstərməsində liderliyinə görə Şoltsa təşəkkür edib.
"Rusiyaya təzyiqin artması və Ukraynanın mövqelərinin güclənməsi vacibdir, çünki bu, Rusiyanı real sülhə sövq edəcək”, - deyə Zelenski qeyd edib.
www.anews.az