AZ

Rusiyanın özünümüdafiə hüququ var" - Kim Çen İn

Şimali Koreya lideri Kim Çen In bildirib ki, Ukraynanın uzaqmənzilli silahlardan istifadə etməsi ABŞ-nin birbaşa hərbi müdaxiləsinin nəticəsidir, ona görə də “Rusiyanın ərazi bütövlüyünü müdafiə etmək hüququ var”.

Bizim.Media xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Kim Çenin Rusiyanın müdafiə naziri Andrey Belousovla görüşündən sonra məlumat verib.

Məlumata görə, Kim Çen bildirib ki, Birləşmiş Ştatlar və onun Qərb müttəfiqləri Ukraynanı Rusiya ərazisinə uzaqmənzilli silahlarlazərəbə endirməyə təşviq etməklə münaqişəni genişləndirirlər.

O vurğulayıb ki, Rusiya onun suverenliyini təhdid edən “düşmən qüvvələri” cəzalandırmaq üçün tədbirlər görməlidir:

“KXDR hökuməti, ordusu və xalqı Rusiyanın hegemonluğa can atan imperialistlərə qarşı öz suverenliyini və ərazi bütövlüyünü qorumaq siyasətini hər zaman dəstəkləyəcək”, - deyə Kim bildirib.

Kim həmçinin Rusiya ilə bütün sahələrdə, xüsusən də hərbi sahədə əlaqələri inkişaf etdirmək niyyətində olduğunu təsdiqləyib. Bu, onun iyun ayında Rusiya prezidenti Vladimir Putinlə bağladığı “Hərtərəfli tərəfdaşlıq sazişinin” bir hissəsidir. Saziş müdafiə sahəsində daha sıx əməkdaşlığı nəzərdə tutur.

Agentlik Kimin Belousovla danışıqları zamanı Şimali Koreya əsgərlərinin Ukraynaya qarşı müharibədə iştirakı məsələsinin müzakirə edilib-edilmədiyi haqda məlumat verməyib.

Məlumatda o da qeyd olunub ki, Rusiya və KXDR-i bir qənaət birləşdirir: Qərb, xüsusən ABŞ və NATO onların rejimləri üçün ekzistensial təhlükə yaradır və Rusiya Şimali Koreyanın hərbi potensialı vasitəsilə geosiyasi olimpdə yer qazmaq məqsədilə faydalanmağa çalışır.

Moskva öz məqsədləri naminə artıq Pxenyanın nüvə ambisiyalarını məhdudlaşdırmayacaq və buna görə də nüvə silahlarından istifadəyə təkan verəcək.

Əgər KXDR gözlənildiyi kimi, ABŞ-a çatacaq uzaq mənzili ballistik raketlər istehsal etmək texnologiyasına nail olarsa, bu, genişmiqyaslı nüvə müharibəsinin qaçılmaz olduğunu göstərəcək.

Rəna Cumaqızı,Bizim.Media

Seçilən
80
50
bizim.media

10Mənbələr