Şimali Koreya və Rusiya prezidentləri tərəfindən iyun ayında imzalanmış mühüm müdafiə paktı, iki tərəfin ratifikasiya sənədlərinin mübadiləsindən sonra qüvvəyə minib.
Bakıvaxtı.az "KCNA"ya istinadən xəbər verir ki, Kim və Rusiya prezidenti Vladimir Putin Kreml rəhbərinin Pxenyana səfəri zamanı strateji tərəfdaşlıq sazişi imzalayıblar.
Ekspertlərə görə, Şimali Koreya lideri Kim Çen In Moskvadan qabaqcıl texnologiya və bunun müqabilində qoşunları üçün döyüş təcrübəsi əldə etməkdə maraqlıdır.
Gülşən Şərif