Bakı,TurkicWorld
Türkiyənin Qaziantep universiteti 72 növ tibbi ləvazimat alımı üzrə tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tibbi ləvazimatlar müqavilə imzalandıqdan sonra 30 gün ərzində təhvil verilməlidir.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 26 dekabr 2024-cü il tarixinə qədər “Gazıantep Ünıversıtesı Ünıversıte Bulvarı 27310 Hastane 4.Blok Özel Klinik Zemin Kat 27310 Şehitkamil/Gaziantep” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.
- Zərflərin hər küncü möhürlənməlidir