Bakı,TurkicWorld
Türkiyənin Başakşehir dövlət xəstəxanası 34 növ tibbi ləvazimat alımı üzrə tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tibbi ləvazimatlar müqavilə imzalandıqdan sonra 10 gün ərzində təhvil verilməlidir.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 26 dekabr 2024-cü il tarixinə qədər “Başakşehir Mahallesi G-434 Caddesi No: 2l 34480 Başakşehir/İstanbul” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.
- Zərflərin hər küncü möhürlənməlidir