Tbilisidə müxalifətin etiraz aksiyaları zamanı 50-dən çox polis əməkdaşı yaralanıb.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
“Etirazçılar tərəfindən polisə qarşı amansız zorakılıq olub, onlar molotov kokteyli və pirotexniki vasitələrdən istifadə ediblər”, - deyə siyasətçi vurğulayıb.
O, 30 polisin cərrahi müdaxiləyə ehtiyacı olduğunu qeyd edib.