Gürcüstan prezidenti Salome Zurabişvili bəyan edib ki, mandatının başa çatmasına baxmayaraq, parlament “qeyri-legitim” olduğundan istefa verməyəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Zurabişvili televiziya ilə çıxışında deyib.
“Mən sizin prezident olaraq qalıram, buna görə də legitim olmayan parlament yeni prezident seçə bilməyəcək. Beləliklə, inauqurasiya baş tutmayacaq. Mənim mandatım qanuni seçilmiş parlament olana qədər davam edir”, - Zurabişvili qeyd edib.