Azərbaycanın kişi həndbolçulardan ibarət “Kür” komandası bu gün Avropa kubokunun 2024/2025 mövsümündə növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, təmsilçimiz turnirin 3-cü mərhələsi çərçivəsində İslandiyanın “Haukar” klubu ilə qarşılaşıb.
“Kür” Olimpiya İdman-Tədris Mərkəzində baş tutan qarşılaşmada rəqib meydan sahibi hesab olunub. İlk oyunda nominal meydan sahibləri qələbəni bayram ediblər. Komandalar fasiləyə heç-heçə ilə yollansalar da, islandlar ikinci hissədə daha yaxşı çıxış ediblər. Matç 30:25 hesabı ilə “Haukar”ın xeyrinə başa çatıb.
Qeyd edək ki, sabah eyni arenada keçiriləcək cavab qarşılaşmasında “Kür” meydan sahibi olacaq. Oyun saat 17:00-da başlayacaq.
Avropa kuboku
3-cü mərhələnin ilk oyunu
30 noyabr
“Haukar” (İslandiya) – “Kür” (Azərbaycan) – 30:25
Hakimlər: Dorian Sırbu, Viktor Serdyuk (hər ikisi Moldova).