“Barselona”nın braziliyalı keçmiş hücumçusu Neymar Kataloniya klubunun noyabrın 29-da qeyd edilmiş 125 illik yubileyini təbrik edib.
Arena.az “Managing Barça” dərgisinə istinadən məlumat verir ki, “Əl-Hilal”ın braziliyalı ulduzu təbrikində qəribə müraciəti ilə diqqət çəkib:
“Belə bir klubun tarixinin bir hissəsi olmaq arzumdur. O, mənim qəlbimdə əbədi qalacaq. Uzun illərə, “Barsa”, deyə “Ney” bildirib.
Mətbuat dərhal futbolçunun “arzu” kəlməsini braziliyalı ulduzun hələ də “Barselona”ya qayıtmaq istəyində olması ilə əlaqələndirib.
Xatırladaq ki, daha əvvəl mətbuatda müvafiq səpgidə xəbərlər yayılmışdı.
Neymar 2013-2017-ci illər aralığında “Barselona”da çıxış etmiş və “blauqrana”nı öz istəyi ilə tərk edərək, PSJ-yə keçmişdi. Bu keçid hələ də futbol tarixini ən bahalı keçidi olaraq qalmaqdadır – 222 milyon avro məbləğində əməliyyat.
“Ney” “blauqrana”nın heyətində 186 oyuna çıxıb, 105 qol vurub, 76 məhsuldar ötürmə verib. Braziliyalı ulduz “Barselona” ilə İspaniya La Liqasının (2 dəfə), İspaniyaBeləliklə, “Botafoqo” 2025-ci il klublararası dünya çempionatında iştirak hüququ əldə edib. Kubokunun (3 dəfə), İspaniya Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.
Neymar “Santos”un məzunudur. “Ney” 2009-2013-cü illərdə Braziliya klubunun əsas komandasında çıxış edib. Bu müddət ərzində Neymar “balıqlar”ın heyətində 225 oyuna çıxıb, 136 qol və 64 məhsuldar ötürmə ilə fərqlənib.
Xatırladaq ki, braziliyalı futbolçu ötən il DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə alaraq, dizinin çarpaz bağlarını yırtmış və bu səbəblə cərrahi əməliyyat edilmişdi. “Ney” ötən həftə Asiya Çempionlar Liqasının “Əl-Ayn”a qarşı oyununda nəhayət ki, yaşıl meydanlara qayıtmışdı. Buna rəğmən “Ney” növbəti oyununda yenidən zədə alaraq, iki həftə müddətinə sıradan çıxıb.
Avropada debütü “Barselona” ilə başlamış Neymar daha sonra Kataloniya klubunu öz isətəyi ilə tərk edib. 2023-cü ilin yayında, PSJ-də 6 il keçirdikdən sonra Neymar “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan 1 il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avro məbləğə başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən dəfələrlə bahadır.
Təcrübəli hücumçu ötən mövsüm “Əl-Hilal”ın heyətində bütün yarışlarda cəmi 7 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.
Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.