Bu gündən etibarən Bakı metrpoliteninin Həzi Aslanov stansiyası təmir ediləcək. Təmir-bərpa işlərinin 2 il müddətədək davam edəcəyi gözlənilir. Buna baxmayaraq metro ərazisində qatarların hərəkət qrafikini göstərən lövhələrdə," Həzi Aslanov" yazısı qalmaqdadır.
Bununla bağlı Modern.az-a açıqlama verən Bakı metropolitenin mətbuat xidmətinin rəhbəti Bəxtiyar Məmmədov bildirib ki, lövhələrdə sabahdan etibarən bütün stansiyalarda “Həzi Aslanov yerinə “Əhmədli” yazısı öz əksini tapacaq.
Bəxtiyar Məmmədov həmçinin bildirib ki, insanlar arasında yayılan “Həzi Aslanov” metrosu bağlanıb xəbəri doğru deyil:
“Qatarların hər biri “Əhmədli” stansiyasına qədər hərəkət edəcək. Lakin “Həzi Aslanov” stansiyası faəliyyətdə olacaq. Qatarlar “Cəfər Cabbarlı” – “Xətai” stansiyaları arasında olduğu kimi məkik hərəkət edəcək. Yəni “Həzi Aslanov” – “Əhmədli” arasında qatarlar 10 ərzində dövrə vuracaq” - deyə bildirib