AZ

ABŞ prezidenti oğlunu ƏFV ETDİ

ABŞ Prezidenti Co Bayden oğlu Hunteri əfv etmək qərarına gəlib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Dövlət başçısının sözlərinə görə, bu qərar onun Hunterin mühakimə olunmasının ədalətsiz olduğuna inanması ilə diktə edilib.

Bayden vurğulayıb ki, ABŞ prezidenti kimi ilk günündən Ədliyyə Nazirliyinin qərarlarına qarışmayacağını deyib və oğlunun seçici və ədalətsiz şəkildə mühakimə olunmasını seyr edərkən belə, sözünü tutdub.

Dövlət başçısı qeyd edib ki, Hunter kimi hallar adətən vergilərin və ya cərimələrin qaytarılması kimi daha yumşaq tədbirlərlə həll olunur.

Seçilən
8
9
publika.az

10Mənbələr