AZ

Vəziyyət dəyişdi - ABŞ-da Trampa qarşı federal işlər bağlandı

ABŞ məhkəməsi Trampa qarşı federal cinayət işini rədd edib.

Turkustan.az xəbər verir ki, məhkəmə ABŞ-ın xüsusi müşaviri Cek Smitin seçilmiş prezident Donald Trampa qarşı federal cinayət işlərinə xitam verilməsi tələbini təmin edib. Söhbət 2020-ci ildə seçkilərə müdaxilə və Kapitoliyə basqın, eləcə də məxfi sənədlərin düzgün idarə edilməməsi hallarından gedir.

Smitin sözlərinə görə, ABŞ hökumətinin mövqeyi əsaslı şəkildə dəyişməyib, lakin Ədliyyə Nazirliyinin siyasəti vəzifədə olan dövlət başçısının mühakimə olunmasını qadağan edir. Trampın ikinci prezidentlik müddəti bitdikdən sonra ittihamlar yenidən qaldırıla bilər.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
22
20
turkustan.az

10Mənbələr