ABŞ-ın Ədliyyə Nazirliyi yeni seçilmiş Prezident Donald Trampa qarşı bütün federal işlərə xitam verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Respublikaçılar Partiyasının keçid komandasının kommunikasiyalar üzrə direktoru Stiven Çun məlumat verib.
Stiven Çun, bu qərarı “qanunun aliliyi üçün böyük qələbə” adlandırıb.
Xatırladaq ki, Tramp 2020-ci il seçkiləri ilə bağlı yalan məlumat yaymaqda və seçkidə uduzduqdan sonra hakimiyyətdə qalmaq üçün 2021-ci il yanvarın 6-da Kapitolidə baş vermiş hadisələrdən sui-istifadə etməkdə ittiham olunur.