AZ

ABŞ Ədliyyə Departamenti Trampa qarşı seçkilərə müdaxilə ilə bağlı işi bağlamaq istəyir

ABŞ Ədliyyə Departamentinin xüsusi müşaviri Cek Smit 2020-ci il prezident seçkilərinə təsir göstərdiyinə görə Donald Trampa qarşı qaldırılan cinayət işinin rədd edilməsi barədə vəsatət qaldırıb.

Xüsusi prokuror federal hakimə ünvanladığı ərizədə ABŞ Ədliyyə Nazirliyinin vəzifədə olan prezidentin mühakimə olunmasına qanunların yol vermədiyini nəzərə alaraq Trampa qarşı işin rədd edilməsini xahiş edib.

"Departament heç vaxt müttəhim prezident seçiləndən sonra artıq cinayət təqibinin davam etdiyi bir vəziyyətlə qarşılaşmayıb" deyə Smit bəyan edib.

Xüsusi prokurorun sözlərinə görə, daxili məsləhətləşmələrdən sonra Ədliyyə Departamenti müəyyən edib ki, müttəhim vəzifədə olduğu müddət ərzində bu ittiham dayandırılmalıdır.

Bu o deməkdir ki, Trampın ikinci səlahiyyət müddəti bitdikdən sonra iş yenidən açıla bilər.

Oxuməni.az

Seçilən
15
20
oxumeni.az

10Mənbələr