AZ

Xarici İşlər Nazirliyində yeni rəis TƏYİNATI

Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Təhlükəsizlik İdarəsinə kimin rəis təyin edildiyi məlum olub.

SeherXeber.org -ın Modern.az-a istinadən məlumatına görə, bu vəzifəyə Samir Becanov gətirilib.

O, parlamentdə bu gün keçirilən ictimai dinləmədə çıxış edib. Samir Becanov COP29 baş danışıqçısının müavini olub.

Qeyd edək ki, XİN-in sözügedən idarəsinə ötən ilin sentyabr ayınadək Yalçın Rəfiyev rəhbərlik edib. O, Azərbaycan Respublikası Prezidentinin 8 sentyabr 2023-cü il tarixli sərəncamı ilə xarici işlər nazirinin müavini təyin olunub.

Seçilən
7
15
seherxeber.org

10Mənbələr