AZ

Azərbaycanda ən baha və ən ucuz kreditlər hansı regionlarda verilir? – ADLAR (SİYAHI)

Bu ilin noyabrın 1-nə Azərbaycanın regionları üzrə cəmi kredit qoyuluşu 27 milyon 81 min manat təşkil edib.

Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə Bakı iqtisadi rayonuna banklar tərəfindən kredit qoyuluşları 20 milyard 808 milyon  min manat təşkil edib. Hesabat dövründə banklar tərəfindən verilən ən ucuz kreditlər məhz Bakı iqtisadi rayonunda qeydə alınıb.

Belə ki, Bakı şəhərində verilən ümumi kreditlərin orta faiz dərəcəsi 11,68% təşkil edib. Burada milli valyutada verilən kreditlərin orta faiz dərəcəsi 13,36%, sərbəst dönərli valyutada isə 5,43% olub.

Bu dövrdə ən bahalı kreditlər Dağlıq Şirvan iqtisadi rayonunda verilib. Bu regiona banklar tərəfindən kredit qoyuluşu 182 milyon 130 min manat təşkil edib. Verilən ümumi kreditlərin orta faiz dərəcəsi 19,21% təşkil edib. Bu iqtisadi rayonda milli valyutada verilən kreditlərin orta faiz dərəcəsi 19,24%, sərbəst dönərli valyutada isə 7,52% olub.

Regionlar üzrə kredit qoyuluşları və orta faiz dərəcələrini təqdim edirik:

S/n

Regionların adı

Cəmi

orta % dərəcəsi

 

Azərbaycan Respublikası

27 080 522

13%

1

Dağlıq Şirvan iqtisadi rayonu

182 130

19%

2

Lənkəran-Astara iqtisadi rayonu

628 674

19%

3

Qarabağ iqtisadi rayonu

480 554

19%

4

Mil-Muğan iqtisadi rayonu

288 470

19%

5

Şirvan-Salyan iqtisadi rayonu

427 305

19%

6

Mərkəzi Aran iqtisadi rayonu

536 532

19%

7

Qazax-Tovuz iqtisadi rayonu

509 094

18%

8

Quba-Xaçmaz iqtisadi rayonu

454 172

17%

9

Gəncə-Daşkəsən iqtisadi rayonu

802 999

17%

10

Şəki-Zaqatala iqtisadi rayonu

533 887

17%

11

Abşeron-Xızı iqtisadi rayonu

1011 640

16%

12

Naxçıvan iqtisadi rayonu

416 561

14%

13

Bakı iqtisadi rayonu

20 808 505

12%

14

Şərqi Zəngəzur iqtisadi rayonu

-

-

Seçilən
33
2
fed.az

4Mənbələr