AZ

Mədəniyyət naziri Kürdəmirdə vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2024-cü il dekabrın 14-də saat 10:00-da Kürdəmir rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında (ünvan: Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 20) Kürdəmir, Ucar, Zərdab, Ağdaş, Yevlax, Mingəçevir, Göyçay rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

"Unikal" xəbər verir ki, vətəndaşlar 2024-cü il dekabrın 11-dək Nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

Seçilən
91
50
unikal.az

10Mənbələr