AZ

Almaniya Kiyevə “Patriot” və “Gepard” qurğularını verəcək

Almaniya artıq dekabrda Ukraynaya “Patriot” raket-buraxılış və “Gepard” özüyeriyən zenit qurğuları verəcək.

"Sherg.az" TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, dekabrda Ukraynaya, həmçinin təchizatı artıq elan edilmiş iki ədəd “IRIS-T” hava hücumundan müdafiə sistemi də veriləcək.

Şolts qeyd edib ki, 2025-ci ildə də Ukraynaya yeni silahlar, o cümlədən hava hücumundan müdafiə sistemləri, haubitsalar, hücum və kəşfiyyat pilotsuz uçuş aparatları, artilleriya mərmiləri, həmçinin 6 ədəd “Sea King” helikopteri də veriləcək.
Seçilən
6
7
sherg.az

10Mənbələr