Almaniya Ukraynaya “Patriot” və “Gepard” özüyeriyən zenit qurğuları verəcək.
Axar.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, növbəti ildə Ukraynaya yeni silahlar, o cümlədən hava hücumundan müdafiə sistemləri, haubitsalar, hücum və kəşfiyyat pilotsuz uçuş aparatları, artilleriya mərmiləri, həmçinin 6 ədəd “Sea King” helikopteri də göndəriləcək.