Tbilisidə xüsusi təyinatlılar parlamentin qarşısındakı meydanı etirazçılardan tamamilə təmizləyiblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat verib.
Xüsusi təyinatlılar etirazçılara qarşı gözyaşardıcı qaz kapsulları və su şırnaqlarından da istifadə ediblər.
Qanunverici orqanın yerləşdiyi Rustaveli prospektinin ortasında indi xüsusi təyinatlılar düzülüb.
Etirazçıların bəziləri qaçıb, bəziləri isə qalmaqda davam edir, lakin parlamentdən uzaqdadır. Bir neçə nəfər saxlanılıb. Nümayişçilərlə hüquq-mühafizə orqanları arasında toqquşma yoxdur.