AZ

Baş katib Suriyanı dialoqa çağırdı

BMT-nin baş katibi Antonio Quterreş Suriyanın şimal-qərbində hərbi əməliyyatları dərhal dayandırmağa vəbeynəlxalq təşkilatın himayəsi altında danışıqlara qayıtmağa çağırıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

Düjarrikin sözlərinə görə, BMT-nin baş katibi “Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsində nəzərdə tutulduğu kimi təcili olaraq siyasi prosesə qayıtmağı tələb edir” və bütün tərəflərə beynəlxalq hüquq, o cümlədən humanitar hüquq çərçivəsində öhdəliklərini xatırladır.


Müəllif: Arzu
BMT
Seçilən
6
1
teleqraf.com

10Mənbələr