BMT-nin Baş katibi Antonio Quterreş Suriyanın şimal-qərbində hərbi əməliyyatları dərhal dayandırmağa və Ümumdünya Təşkilatının himayəsi altında danışıqlara qayıtmağa çağırıb. SİA xəbər verir ki, bu barədə onun rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib. Düjarrikin sözlərinə görə, BMT-nin Baş katibi Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsində nəzərdə tutulduğu kimi təcili olaraq siyasi prosesə qayıtmağı tələb edir və bütün tərəflərə beynəlxalq hüquq, o cümlədən humanitar hüquq çərçivəsində öhdəliklərini xatırladır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta