...Çinin Çendu Universitetinin alimləri pendirin qan təzyiqini aşağı salmağa və testosteron səviyyəsini artırmağa kömək edərək yuxu apnesi riskini azaldır.
SİA xəbər verir ki, araşdırmanın nəticələri Sleep Medicine (SM) jurnalında dərc olunub.Alimlər 400 min britaniyalının qidalanma vərdişlərini və yuxu keyfiyyətini təhlil edərək bu qənaətə gəliblər.
...Qeyd edək ki, apne, insanın yatarkən dəfələrlə tənəffüsünü dayandırdığı, xoruldama və ciddi sağlamlıq problemlərinə səbəb olan bir xəstəlikdir. Bu xəstəliyin ən çox yayılmış formalarından biri boğaz divarlarının daralması və rahatlaması ilə xarakterizə olunan obstruktiv yuxu apne sindromudur (OSA).
Böyük Britaniyada təxminən 3,9 milyon insan orta və ya ağır OSA-dan əziyyət çəkir, lakin diaqnozun olmaması səbəbindən xəstələrin faktiki sayı daha çox ola bilər.
Ənənəvi olaraq, pendir də daxil olmaqla süd məhsullarının tənəffüs yollarını bağlaya bilən selik istehsalını artıraraq xoruldamağı artırdığı düşünülürdü.
Bununla belə, yeni bir araşdırma göstərdi ki, pendir, əksinə, qan təzyiqini aşağı sala və testosteron səviyyəsini artıra bilər ki, bu da alimlərin fikrincə, yuxu zamanı nəfəs alma keyfiyyətinə müsbət təsir göstərir.
...Təbii ki, bütün xoruldayanlarda yuxu apnesi olmasa da, yüksək səslə xoruldama onun mövcud olduğuna dair xəbərdarlıq əlaməti ola bilər. Mütəxəssislər, yuxu apnesinin inkişafında qidalanmanın rolu indiyədək zəif başa düşüldüyü üçün əlavə tədqiqatların vacibliyini vurğulayırlar. Onlar hesab edirlər ki, pendir istehlakı ilə OSA riskinin azalması arasında əlaqə bu xəstəliyin qarşısının alınması üçün vacib ola bilər.
Nazlı Almuradova