AZ

Alimlər uzun müddətdir davam edən qalaktikalararası sirri həll etməyə yaxınlaşıb

Sauthempton Universitetinin britaniyalı astronomları kainatdakı ən böyük qalaktikaların mənşəyinin sirrini açmağa daha yaxın olduqlarını bildiriblər. Bu strukturların formalaşması onilliklər ərzində alimləri çaşdırıb. 

HİT.az xəbər verir ki, araşdırma "Nature" elmi jurnalında dərc olunub.

Komanda bir çox uzaq qalaktikaların yüksək keyfiyyətli müşahidələrini toplayan A3COSMOS və A3GOODSS arxiv layihələrindən istifadə edib. Onların köməyi ilə mütəxəssislər bu nəhəng kosmik strukturların mənşəyini müəyyən ediblər.

Mütəxəssislər Çilinin Atakama səhrasında yerləşən dünyanın ən böyük radioteleskopu olan ALMA-dan istifadə edərək uzaq kainatdakı 100-dən çox qalaktikanı təhlil ediblər.

Tədqiqatçılar hesab edirlər ki, nəhəng elliptik qalaktikalar səkkiz ilə 12 milyard il əvvəl kainatın əvvəlində güclü soyuq qaz axınları və qalaktikalararası toqquşmalar nəticəsində yaranıb.

"İki disk qalaktikasının toqquşması qazın - ulduzların meydana gəldiyi yanacağın - onların mərkəzinə batmasına və trilyonlarla yeni ulduz meydana gətirməsinə səbəb olub", deyə araşdırmanın həmmüəllif Dr. Annaqrazia Puqlisi bildirib.

Alim əlavə edib ki, qalaktikaların yaranması zamanı yeni ulduzların doğulması çox böyük sürətlə baş verib - bizim Süd Yolu qalaktikamızdan 10-100 dəfə sürətli.

Samir

Seçilən
46
50
hit.az

10Mənbələr