AZ

Rusiya: “Ukraynanın NATO-ya üzv olmasına imkan verməyəcəyik”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın NATO-da iştirakının qəbuledilməz olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barıdə xarici KİV məlumat yayıb.

Rusiya Xarici İşlər Nazirliyi xarici işlər naziri Sergey Lavrovun paytaxt Moskvada Rusiyaya səfər edən Macarıstanın Xarici İşlər və Xarici Ticarət naziri Peter Siyarto ilə görüşdüyünü açıqlayıb. Bildirilib ki, görüş zamanı Rusiya ilə Macarıstan arasında müxtəlif sahələrdə əlaqələr və beynəlxalq məsələlər müzakirə olunub.

Ukrayna böhranına toxunan Lavrov bəyan edib ki, böhranın həlli üçün kök səbəbləri aradan qaldırılmalıdır.

“Səbəblərdən biri NATO-nun şərqə doğru irəliləmək və Ukraynanı udmaq cəhdidir. Bu, Rusiya sərhədləri üçün hərbi təhlükə yaradır. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukraynanın NATO-ya daxil olması qəbuledilməzdir. Biz buna imkan verməyəcəyik”,- deyə Lavrov qeyd edib.

Lavrov həmçinin Rusiyanın qanuni maraqlarının hərtərəfli nəzərə alınması istiqamətində Ukrayna ilə danışıqlara hazır olduğunu bildirib.

Seçilən
17
3
operativmm.az

6Mənbələr