AZ

Ukraynanın NATO-ya üzv olmasına imkan verməyəcəyik

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın NATO-da iştirakının qəbuledilməz olduğunu bildirib.

Publika.az xəbər verir ki, Lavrov Rusiyaya səfər edən Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Szijarto ilə görüşüb.

Görüş zamanı Rusiya ilə Macarıstan arasında müxtəlif sahələrdə əlaqələr və beynəlxalq məsələlər müzakirə olunub. Ukrayna böhranına toxunan Lavrov bəyan edib ki, böhranın həlli üçün əsas səbəblər aradan qaldırılmalıdır:

“Səbəblərdən biri NATO-nun şərqə doğru irəliləmək və Ukraynanı udmaq cəhdidir. Bu, Rusiya sərhədləri üçün hərbi təhlükə yaradır. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukraynanın NATO-ya daxil olması qəbuledilməzdir. Biz buna imkan verməyəcəyik".

Seçilən
1
3
publika.az

6Mənbələr