ABŞ-ın 47-ci prezidenti seçilən və yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq Donald Trampın bir müddət əvvəl Kanadanın baş naziri Castin Trüdo ilə görüşündə Kanadanın ABŞ-ın 51-ci ştatı olması təklifini irəli sürdüyü iddia edilib.
Turkustan.az xəbər verir ki, ikisi arasında görüş Trampın vəzifəyə gəldiyi zaman Meksika və Kanadadan gələn bütün məhsullara 25 faiz gömrük rüsumu tətbiq edəcəyini açıqlamasından sonra baş tutub.
ABŞ-ın 47-ci prezidenti seçilən və Ağ Evə qayıtmağa hazırlaşan Donald Tramp noyabrın 30-da Florida ştatındakı Mar-a-Laqo malikanəsində Kanadanın baş naziri Castin Trüdo ilə görüşüb. Bu görüş zamanı Trampın Kanadanın ABŞ-ın 51-ci ştatı olması üçün Trüdoya təklif etdiyi iddia edilib.
İki şəxs arasında görüş Trampın yanvarın 20-də vəzifəyə başlayarkən Meksika və Kanadadan gələn bütün məhsullara 25 faiz, Çindən gələn məhsullara isə əlavə 10 faiz gömrük rüsumu tətbiq edəcəyini açıqlamasından sonra baş tutub.
Mənbələrin sözlərinə görə, bu təklif baş nazirin və digərlərinin əsəbi gülüşünə səbəb olub.
Daha sonra deyib ki, Tramp Trüdoya “baş nazir” titulunun yaxşı olduğunu, lakin 51-ci ştatın qubernatorunun daha gözəl vəzifə ola biləcəyini bildirib.
Görüşə yaxın mənbələr bu dialoqun gülünc olduğunu desələr də, Trampın 20 Yanvara qədər dəyişiklik gözlədiyi mesajını verdiyini bildiriblər.
Aytən Yaşar/ Turkustan.az