AZ

Bankirlərdən şok açıqlama: Qloballaşma sona çatdı

Dünyanın yüksək səviyyəli bankirləri bildiriblər ki, son onilliklərin əsas trendi olan iqtisadi qloballaşma başa çatır.

Azreform.info xəbər verir ki, onların fikrincə, buna ABŞ-ın seçilmiş prezidenti Donald Trampın ticarət tarifləri təhdidləri və Wall Street bankları ilə onların beynəlxalq rəqibləri arasında tənzimləyici arbitrajla bağlı narahatlıqları gətirib çıxarıb.

Tramp keçən ay ikinci müddətinin ilk günündə Meksika və Kanadadan gələn bütün mallara 25 faiz, Çindən gələn mallara isə əlavə 10 faiz rüsum tətbiq edəcəyini bildirərək, qlobal ticarət əlaqələri ilə bağlı narahatlıqları artırıb.

İspaniya bankı BBVA-nın baş direktoru Onur Gənc bildirib ki, Trampın tarifləri bankın Meksikadakı işinə ciddi ziyan vurmayacaq: “Əgər ABŞ-da əmək haqqı 100-dürsə, Meksikada 10-dur... Deməli, siz 10(faiz) üzərinə 25 faiz tariflər qoyursunuz, amma bu, yenə də 100-dən aşağıdır”.
BBVA, xarici kreditorlara tariflərin tətbiqindən sonra Meksikanın rəqabət qabiliyyəti və iqtisadi artımındakı dəyişikliklərə ən çox həssas olan banklardan biridir.

Standard Chartered-in strategiya və istedadlar üzrə direktoru Tanuj Kapilaşrami Trampın təklif etdiyi tariflərin dünya üzrə tədarük zəncirlərini poza biləcəyini deyir, eyni zamanda onun fikrincə, tariflər Asiya və Yaxın Şərqdəki banklar üçün imkanlar açacaq.
Öz növbəsində Avropa Mərkəzi Bankının idarə heyətinin üzvü Piero Cipollone bildirib ki, ABŞ-ın idxal rüsumları avronu paylaşan 20 ölkədə iqtisadi artım və inflyasiyanı azalda bilər.

Seçilən
11
5
azreform.info

8Mənbələr