Delaver məhkəməsi Tesla ilə 2018-ci ildə bağlanmış müqavilənin şərtlərinə əsasən İlon Maska bonus ödənilməsini yenidən bloklayıb.
“İki sahil” CNN-ə istinadla xəbər verir ki, o, dəyəri 100 milyard dollara çatdığı andan etibarən şirkətin hər 50 milyard dolları üçün Tesla səhmlərinin 1%-ni almalıdır. İndi şirkətin rəhbəri 101 milyard dollar dəyərində olan 303 milyon səhm bonusu almaq hüququna malikdir.
Yanvar ayında Delaver məhkəməsi Maska bonus ödəməsini bloklayıb. Daha sonra şirkətin səhm qiymətinə əsasən bu pay 55,8 milyard dollar olaraq qiymətləndirilib. Məhkəmənin məlumatına görə, qərar Maskla əlaqəli idarə heyəti üzvlərinin təklifi əsasında qəbul edilib.
İyun ayında səhmdarların yığıncağı İlon Maska bonus ödənilməsini təsdiqləyib. Məhkəmə, ödənişin səhmdarların maraqlarına uyğun olma ehtimalının az olduğunu bildirərək, yenidən ona mane olub.