ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp andiçmə mərasiminə qədər İsrail-Fələstin münaqişəsində atəşkəs razılaşması əldə olunmaması və girovların geri qaytarılmaması halında Qəzza zolağında girovların saxlanmasına görə məsuliyyət daşıyanları çox ağır cəzalandıracağı ilə hədələyib.
“Girovlar 2025-ci il yanvarın 20-dək azad edilməsələr, mən Birləşmiş Ştatların prezidenti vəzifəsini icra etməyə başladıqda, Yaxın Şərqdə bəşəriyyətə qarşı bu vəhşilikləri törədənlərin hamısını çox ağır cəza gözləyir”, - deyə o bildirib.
Tramp, həmçinin Qəzza zolağında girovların saxlanması ilə bağlı danışıqların heç bir nəticəyə gətirib çıxarmamasından təəssüfləndiyini bildirib.