AZ

“Onlar üçün amansız cəza olacaq” – Tramp


ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp andiçmə mərasiminə qədər atəşkəs razılaşması əldə olunmasa və girovlar geri qaytarılmasa, Qəzza zolağında girovların saxlanmasına görə məsuliyyət daşıyanları amansızlıqla cəzalandıracağı ilə hədələyib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkə hesabında bildirib.
“Əgər girovlar 2025-ci il yanvarın 20-ə qədər azad edilməsələr, mən Birləşmiş Ştatların prezidenti vəzifəsini icra etməyə başladıqda, Yaxın Şərqdə bəşəriyyətə qarşı bu vəhşilikləri törədənlər üçün amansız cəza olacaq”, - Tramp qeyd edib.
Tramp həmçinin Qəzza zolağında girovların saxlanması ilə bağlı söhbətlərin heç bir hərəkətə gətirib çıxarmamasından təəssüfləndiyini bildirib.
Seçilən
1
1
yeniavaz.com

10Mənbələr