AZ

Naxçıvanda 2 tibb müəssisəsi cərimələnə bilər

Naxçıvan Səhiyyə Nazirliyinin “Qan Bankı və Qan Köçürmə Mərkəzi” publik hüquqi şəxsi və Naxçıvan Muxtar Respublika Xəstəxanası cərimlənə bilər.

Modern.az-ın məlumatına görə, tibb müəssisələri barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 469.2-ci (“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

“Respublika Qan Bankı və Qan Köçürmə Mərkəzi” nin işinə hakim Gülnar Səfərəliyevanın sədrliyi ilə baxılacaq.

Naxçıvan Muxtar Respublika Xəstəxanası üzrə iş isə hakim Gülsüm Əliyevanın icraatına verilib.

Hər iki işə Naxçıvan Şəhər Məhkəməsində baxılacaq.

Protokollar təsdiq edilərsə, hər iki tibb müəssisəsi beş min manat məbləğində cərimələnəcək.

Seçilən
25
25
modern.az

10Mənbələr