Elm və Təhsil Nazirliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi cərimələnə bilər.
Apress.az-ın məlumatına görə, təhsil idarəsi barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
İşə Nərimanov rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, protokol təsdiq edilərsə, təhsil idarəsi 3 min manatdan 5 min manatadək məbləğdə cərimələnəcək.