Dekabrın 7-8-də Rusiya, İran, Türkiyə və Qətərin yüksək səviyyəli nümayəndələri Suriyadakı vəziyyəti müzakirə etmək üçün Dohada görüşəcəklər.
Editor.az bildirir ki, bu barədə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi məlumat verib. Görüş ölkələrin xarici əlaqələr idarələrinin rəhbərləri səviyyəsində keçiriləcək.
Xatırladaq ki, bir gün əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın Suriyadakı vəziyyətin Astana formatında həlli perspektivlərini gördüyünü bildirmişdi.
Türkiyə Xarici İşlər Nazirliyi artıq Rusiya və İran diplomatları ilə Suriyadakı vəziyyətin nizamlanması üçün Astana formatının canlandırılması və yaxın vaxtlarda nazirlər toplantısının keçirilməsi planları ilə bağlı danışıqlar aparıb.
Qeyd edək ki, Suriyada hərbi qarşıdurma noyabrın sonunda kəskinləşib. Hökumət qoşunları ilə silahlı müxalifət arasında şiddətli döyüşlər gedir.
//Samir Qurbanov, Editor.az