AZ

Suriya üçün təcili üçtərəfli sammit keçiriləcək – RUSİYA TƏŞVİŞƏ DÜŞÜB

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Suriya üzrə “Astana formatı” çərçivəsində görüş üçün razılıq əldə olunduğunu bildirib.

EDnews xəbər verir ki, Sergey Lavrov “Astana formatı” çərçivəsində bu həftə Suriya üzrə nazirlərin görüşəcəyini bildirib.

Lavrov “Bəli, türk və iranlı tərəfdaşlarımızla bu həftə nazirlər səviyyəsində görüş keçirmək barədə razılığa gəldik” deyib.

Türkiyə, İran və Rusiya xarici işlər nazirləri Suriyadakı son hadisələrlə bağlı dekabrın 7-8-də Doha Forumu çərçivəsində “Astana formatı” çərçivəsində bir araya gələcək.

İranın xarici işlər naziri Abbas Arakçi dekabrın 2-də türkiyəli həmkarı Hakan Fidanla Ankarada keçirdiyi birgə mətbuat konfransında “Biz növbəti Astana görüşünü Xarici İşlər Nazirləri səviyyəsində mümkün qədər tez keçirməyə qərar verdik” demişdi.

Suriyada "Heyət Təhrir əş-Şam" (HTŞ) müxalif qruplaşmasının ölkənin şimal-əqrinəndən cənuba doğru sürətlə irəliləməsi Rusiya və İranı ciddi şəkildə narahat edir.

HTŞ Hələb şəhərindən sonra dünən strateji Hama şəhərinə nəzarəti də ələ keçirib.
Paytaxta gedən M5 şose yolunun üzərində yerləşən Hama şəhəri paytaxt Dəməşqin şimalında çox vacib müdafiə xətti rolunu oynayır. Buranın itirilməsi hökumət qüvvələrinin logistik imkanlarının daha da məhdudlaşması deməkdir.

Digər tərəfdən, HTŞ-nin Hüms şəhərinə doğru irəliləməyə başlaması Rsuiaynı ciddi narahat edib. Məsələ burasındadır ki, Hümsə yazın ərazidə yerləşən Latakiya və Tartus şəhərlərində Rusiya bazaları yerləşir. Tartusda Rusiyanın hərbi dəniz bazası, Latakiyada isə aviabazası var.

Seçilən
36
24
ednews.net

10Mənbələr